Qırğızıstanda koronavirusa yoluxanların sayı 2000-i keçib
Bişkek, 7 iyun, АZƏRTAC
Qırğızıstanda COVID-19-a yoluxanların sayı 33 nəfər artaraq 2007-yə çatıb, onların 395-i tibb işçisidir. Son sutka ərzində 6 həkim virusa yoluxub.
AZƏRTAC Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya dövründə ölkədə 1425 nəfər, son sutka ərzində isə 65 xəstə sağalıb, 22-si ölüb.
Xəstəxanalarda 560 nəfər müalicə olunur, 11 xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda 1461 nəfər karantindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]