Qış mövsümündə turistlər üçün yeni xidmətlər təklif olunacaqdır
Bakı, 23 oktyabr (AZƏRTAC). “Şahdağ” Qış-Yay Turizm Kompleksində qış mövsümündə turistlər üçün yeni xidmətlər təklif olunacaqdır.
Kompleksdən AZƏRTAC-a bildirmişlər ki, bu mövsümdə yeni hotelin açılışı planlaşdırılır. Bununla yanaşı, turistlər üçün atla gəzintilər, dağlarda turnirlər təşkil ediləcəkdir. Hazırda dağ turnirlərinin təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılır.
Qış turizm mövsümü dekabrın ortalarında açıla bilər. Əgər dekabrın əvvəllərində hava soyuq olsa, onda 10-15 gün ərzində hazırlıq işləri aparılacaq və dekabrın ortalarından mövsüm açıq elan ediləcəkdir.
Qeyd edək ki, ölkəmizdə turizm sahəsində miqyasına görə ən iri layihə olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilmişdir. Qusar rayon mərkəzindən 32 kilometr məsafədə, Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin 2058 hektar sahəsi vardır. “Şahdağ” kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]