QIŞIN İLK AYINDA HAVA İQLİM NORMALARINA YAXIN OLACAQDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +6,5-7 dərəcə (gecə 3-4 dərəcə, gündüz 8-10 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın olacaqdır (24-34 mm).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +0,5-2,5 dərəcəyə çatacaq (gecə 3-5 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın olacaq (14-35 mm).
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +0,3-0,6 dərəcə (gecə 1-5, gündüz 3-6 dərəcə isti), təşkil edəcək, yağıntının səviyyəsi normaya yaxın (27-53 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +3-4,5 dərəcə (gecə +0-2, gündüz +6-8), yağıntının səviyyəsi normaya yaxın (13-16 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 1-4 dərəcə isti, bəzi yerlərdə normadan 1 dərəcə aşağı (gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti), yağıntının səviyyəsinin normaya yaxın (24-48 mm) olacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +4-6 dərəcə (gecə +1-5 dərəcə, gündüz +9-12 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (16-32 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +6-8 dərəcə (gecə +2-4, gündüz +9-12 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (58-106 mm) olacaqdır.