Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qiymətləndiricilər dempinq və haqsız rəqabətə qarşı mübarizə aparacaqlar

Qiymətləndiricilər dempinq və haqsız rəqabətə qarşı mübarizə aparacaqlar

Bakı, 10 sentyabr, AZƏRTAC

Qiymətləndiricilər dempinq və haqsız rəqabətə qarşı mübarizə aparacaqlar.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf prosesində və sərbəst bazar münasibətlərinin formalaşdırılması üzrə aparılan ardıcıl islahatlarda yüksələn səmərəlilik əsasında əmlakın dəyərinin formalaşması və artması günün aktual tələbidir. Xarici və yerli investorların da fəaliyyət motivlərindən biri əmlakın dəyərinin qorunması və artımıdır. Müasir iqtisadiyyatda bazar dəyərinin təsbiti müstəqil qiymətləndiricilərə həvalə olunur və Beynəlxalq Qiymətləndirmə Standartları əsasında aparılır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəni qiymətləndirmə sahəsində beynəlxalq səviyyədə təmsil edən yeganə təşkilatdır və Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) üzvüdür. IVSC-nin tətbiqi və hazırlanan hesabatların beynəlxalq səviyyədə qəbul edilməsi AQC-nin fəaliyyətinə dəstək olmaqla yanaşı, onun peşəkar üzvlərinin xidmətlərindən istifadə etməklə təmin oluna bilər. Hazırda daşınmaz əmlak bazarının fəal iştirakçıları kimi AQC-nin üzvü olan 30-dan çox qiymətləndirmə şirkətində 200-dək qiymətləndirici çalışır. Ümumilikdə, ölkəmizdə qiymətləndirmə sahəsində dolayı və birbaşa fəaliyyət göstərən şirkətlərin sayı 70-ə yaxın, onlarda çalışan əməkdaşların sayı isə 300-dən çoxdur. Bu şirkətlərdən təqribən 20-dən çoxu dövlət sektorunda fəaliyyət göstərən icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, ölkə iqtisadiyyatının inkişafına öz fəaliyyətləri ilə töhfə verirlər.

Azərbaycan Mərkəzi Bankı (AMB), İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit İnkişaf Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti və bir sıra digər dövlət orqanlarının müvəkkil qiymətləndiricisi olan bu qurumlar dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi islahatların ayrılmaz hissəsidir. AMB-nin tələbinə uyğun olaraq, ölkəmizin kommersiya bankları öz girov portfelini müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aparılan qiymətləndirmələr nəticəsində formalaşdırır. Lakin bütün bunlarla yanaşı, son dövrlərin təcrübəsi göstərir ki, qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin bəziləri standartların keyfiyyət tələblərinə və etik davranış qaydalarına əməl etmir, haqsız rəqabətə yol verir, müxtəlif yollarla və qanunazidd əməlləri ilə xidmət bazarında inhisarçı mövqe tutmağa çalışır, sifarişçilərin mənafeyini güdən əsassız hesabatlar hazırlayır, qulluq mövqeyindən sui-istifadə hallarına yol verir və beləliklə, nəinki peşəkar standartların tələblərinə riayət etmir, həm də bəzi hallarda ölkənin qanunlarını pozur. Beləliklə, keyfiyyətsiz hesabatlar, qeyri-obyektiv rəylər və digər neqativ hallar bank sisteminin və ölkənin maliyyə qurumlarının dayanıqlığına, məhkəmə sisteminin nüfuzuna zərər vurur, istehlakçıların hüquqlarını pozur, ictimai narazılıq yaradır, bu sahədə ölkənin beynəlxalq aləmdə nüfuzunu aşağı salır, hətta bəzi hallarda dövlət büdcəsinin və özəl investorların vəsaitlərinin dağıdılmasına gətirib çıxaran hallara səbəb olur. Belə hallara yol açan əsas vasitələrdən biri isə dempinq və haqsız rəqabətdir. Buna görə də qiymətləndirmə peşəsinin nüfuzuna xələl gətirən, qiymətləndirməyə ictimai etimadı azaldan, qiymətləndiricilərin peşə etikası ilə bir araya gəlməyən hərəkətlərə yol verən, peşəkar mənəviyyat normalarını pozan, qiymətləndiricilər arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə ziyan vuran bəzi qiymətləndiricilərlə birgə mübarizə zərurətə çevrilib.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin aparıcı üzv şirkətləri ölkədə xidmət göstərən bütün qiymətləndirmə şirkətlərini, fərdi və xarici ekspertləri, tərkibində bu xidmətlə məşğul bölmələri olan konsaltinq, audit və digər təşkilatları, eləcə də bu xidmətdən yararlanan qurumların fəaliyyətləri zamanı dempinq və haqsız rəqabətə gətirib çıxaran hərəkətlərə qətiyyətlə yol verilməməsinə çağırır. Qiymətləndiricilər bu qanun pozuntularına qarşı birgə mübarizə aparılması üçün qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayıb. Sazişin ümumi mahiyyəti ondan ibarətdir ki, qiymətləndircilər ortaq maraqları həyata keçirmək və birgə məqsədlərə nail olmaq niyyəti ilə öz münasibətlərini bərabərlik, dürüst və vicdanlı tərəfdaşlıq, “Qiymətləndiricilərin Etika Məcəlləsi”nin tələblərinə riayət etməklə, eyni zamanda, bir-birinin maraqlarını müdafiə etməklə qurmağa borcludurlar.

Bəyanatın və sazişin tam mətni ilə http://aqc.az/qiymətləndirici-təskilatların-rəhbərlərinin-dempinq-və-haqsız-rəqabətin-yolverilməzliyi-barədə-bəyanatı/  linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı