Qızılağac Milli Parkında brakonyerlik edənlər saxlanılıblar
Bakı, 19 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu sahədə keçirdikləri növbəti tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V. İbadov və F. Qafarov saxlanılıblar.
Yoxlama zamanı onlardan 65 ədəd müxtəlif növ balıq və ov alətləri götürülüb, araşdırma aparılır.
“Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:07]
Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]