Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda müzakirələr aparılıb YENİLƏNİB

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclasında “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, panel iclasına Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edib.

Azərbaycanın idarəçilik, mürəkkəb bir vəziyyətdə manevr etmək bacarığı göstərdiyini deyən Eka Tkeşelaşvili ölkəmizin, eyni zamanda, beynəlxalq səviyyədə də öz səylərini əsirgəmədiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan planetin gələcəyi ilə bağlı xüsusi töhfəyə malikdir.

Panel iclasında çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin qayıdışının vacibliyini ortaya çıxarır. “Realpolitikin verdiyi fürsətlərdən yararlanmaq, boşluqları üzə çıxarıb beynəlxalq münasibətləri məqbul istiqamətə çəkməliyik. Beynəlxalq münasibətlər ona dəlalət edir ki, biz öz bacarıqlarımızı, potensial vərdişlərimizi gücləndirməli, təkcə mövcud vəziyyət üçün deyil, gələcək üçün də üfüqləri üzə çıxarmalıyıq. Burada maraqların toqquşması qeyri-sabitliyə yol açır. Beynəlxalq təşkilatlarda siyasəti elə qurmalıyıq ki, orada missiyaların yerinə yetirilməsinə nail olaq. Hazırda cəmiyyət ən çətin taleyüklü dövrünü yaşayır, fərdi və kollektiv seçim arasında qalmışıq. Buna görə narahatlığımızı ifadə edirik. Beynəlxalq aləmdə realpolitikin alətləri işlək olmalıdır, əks halda, hazırkı vəziyyət tənəzzülə səbəb olacaq və həmin tənəzzül daha da dərinləşəcək”, - deyə o əlavə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda, öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib.

İllər öncə qlobal təhdidlərlə mübarizə üçün bir sıra mövcud alətlərin, o cümlədən beynəlxalq təşkilatların bu gün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara inamın sarsılmasına gətirib çıxardığı vurğulanıb.

Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə “orta dövlət”ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Hazırkı beynəlxalq münasibətlər konyunkturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının Beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru Hyu Duqan çıxışında bildirib ki, realpolitikdən irəli gələn idealizm daha çox tələyə oxşayır. Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur edir.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin dəyişməli olduğunun vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, balanslaşdırılmış şəkildə olmalıdır. Realpolitiki balanslı şəkildə istifadə etməliyik”.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsi olduğunu diqqətə çatdırıb.

Həyata keçirilən layihə nəticəsində regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandığını deyən B.Yıldırım qeyd edib: “Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu, dünya miqyasında yaxşı bir nümunə ola bilər”.

Azərbaycanın 30 il erməni təcavüzündən əziyyət çəkdiyini vurğulayan Binəli Yıldırım deyib: “Azərbaycanla həmrəyliyimizi nümayiş etdirdik. “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq əməkdaşlığımızı gücləndirdik. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasında bütün siyasi iradəmizi nümayiş etdirdik. Artıq Qafqaz regionuna sülh, sabitlik və rifah gəlib. Biz də Cənubi Qafqazda sülhün bərqərar edilməsinin tərəfdarıyıq”.

Çex Respublikasının sabiq xarici işlər naziri Jan Kavan qloballaşmanın münaqişələrə gətirib çıxardığını və onların bir-biri ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, böyük güclərin bu prosesə qatılması mənfi haldır.

BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, 2007-2012-ci illərdə Serbiya xarici işlər naziri Vuk Yeremiç bildirib ki, realpolitik hər zaman bizimlə olsa da, müxtəlif zamanda fərqli mənalar daşıyıb.

“BMT ilə bağlı suallar qarşımızda daim durmaqdadır. Biz BMT-ni fəaliyyətsizliyinə görə nə qədər tənqid etsək də, bu, çox mühüm təşkilatdır. Mən onun gələcəyinə inanıram. BMT-nin gücünü artırmalıyıq. Bu da özlüyündə dünyanın bərpasına gətirib çıxaracaq”, - deyə V.Yeremiç əlavə edib.

Fransa Senatının üzvü Natali Qule beynəlxalq hüququn işləmədiyini, hər kəsin öz məqsədlərinə görə çalışdığını diqqətə çatdırıb. O, realpolitikin müəyyən lobbiçilik tərəfindən güdüldüyünü də vurğulayıb. N.Qule Fransada Azərbaycana qarşı toksik lobbiçiliyin olduğunu da diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?