Qlobal iqlim dəyişmələri ilə əlaqədar su ehtiyatları azala bilər
Bakı, 23 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə 2007-2011-ci illər ərzində 20 rayonun 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi Kür, Araz, Qanıx və Samur çayları vasitəsilə daxil olur. Təəssüflər olsun ki, Kür-Araz çayları Gürcüstan və Ermənistanın ərazisində yüksək dərəcədə çirklənməyə məruz qalır.
Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqların payına düşür. Tədqiqatlar göstərir ki, qlobal iqlim dəyişmələri ilə əlaqədar temperaturun və buxarlanmanın artması nəticəsində su ehtiyatlarımız 20-25 faiz azala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]