Qlobal neft tələbatı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq
Bakı, 18 mart, AZƏRTAC
Qlobal xam neft tələbatı 2023-cü ilə qədər pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.
IEA-ya görə, bu il qlobal neft tələbatında pandemiyadan sonrasındakı azalmanın 60 faizi bərpa olunacaq.
Qeyd edək ki, treyderlər pandemiyadan sonra qlobal neft tədarükündə riskin davam edəcəyini və istehlakın bərpasının isə çətin olacağını gözləyirlər.
ABŞ-ın neft ehtiyatlarındakı artım və Beynəlxalq Enerji Agentliyinin bazarda əlavə ehtiyatlarının olduğunu açıqlaması cari ildə neft qiymətlərindəki artımı dayandırıb. OPEC-in bu ayın əvvəlində istehsal məhdudiyyətlərini uzatmaq barədə sürpriz qərar verməsinə baxmayaraq, bu həftə neft qiymətləri ucuzlaşıb. OPEC-in növbəti iclasda - aprelin 1-də neft hasilatına dair məhdudiyyətlərin müzakirə olunması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]