Qobustanda COVID-19-a qarşı 1450 nəfərə yaxın vətəndaş peyvənd olunub
Qobustan, 19 mart, AZƏRTAC
Qobustan rayonunda koronavirus pandemiyasına qarşı 1435 nəfər peyvənd olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaksinasiya modul tipli rayon xəstəxanasında bu məqsəd üçün təşkil olunan və bütün zəruri avadanlıqlarla təchiz edilən 4 otaqda aparılır. Peyvənd olunanların 433 nəfəri 65 yaşdan yuxarı, 875 nəfər 50 yaşdan 65 yaşadək, 127 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır. Artıq 515 nəfərə vaksinin ikinci dozası vurulub və hazırda bu proses davam edir.