Qobustanda payızlıq taxıl səpininə başlanılıb
Qobustan, 6 oktyabr, AZƏRTAC
Qobustan rayonunda payızlıq taxıl əkininə başlanılıb və qısa vaxtda 12 min hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bu mühüm kampaniyaya ciddi hazırlıqla başlayıblar. Qısa vaxtda 8 min hektarda buğda, 4 min hektarda arpa səpilib. Hazırda hər gün sahələrə 40-dək səpin aqreqatı çıxarılır. Rayonun Sündü, Xilimli, Cəyirli, Təklə kənd, Qobustan şəhər və bir sıra digər inzibati ərazi dairələrində əkin mütəşəkkilliklə davam etdirilir. Hər yerdə səpinin aqrotexniki tələblər səviyyəsində aparılması və optimal müddətdə başa çatdırılması diqqət mərkəzindədir. Yerli şəraitə uyğun kifayət qədər toxum tədarük olunub və əkinin gedişinə mütəxəssislər tərəfindən nəzarət edilir. Cari mövsümdə bölgədə 30 min hektarda səpin aparılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]