QONŞULARIN MÜBAHİSƏSİ ÖLÜMƏ SƏBƏB OLMUŞDUR
Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolu kənarında salınmış yeni qəsəbədə yaşayan Məmmədhəsən Kərimov qonşusu Rafael Qəribovu bıçaqla qətlə yetirmişdir.
Rayonun 6-cı polis bölməsi rəisinin müavini Faiq Ələkbərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hadisəyə səbəb Rafael Qəribovun sərxoş halda Məmmədhəsən Kərimovun qarşısını kəsərək pul tələb etməsi, onu təhqir etməsi olmuşdur. Bıçaqla hədələnərkən Məmmədhəsən özünü müdafiə etmək məqsədi ilə Rafaelin əlindəki soyuq silahı almış və onun ürək nahiyəsinə zərbə endirmişdir. Rafael Qəribov əvvəllər də şübhəli şəxs qismində axtarışda olmuşdur.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]