QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 11-də Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Oleksandr Samarski, İmre Palatinus və Piter Ki keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik, onun səhra köməkçiləri Harri Eronen və Jiri Aberle yerinə yetirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]