QRANT LAYİHƏSİ VASİTƏSİLƏ İDMAN QURĞULARI MÜVAFİQ AVADANLIQLA TƏCHİZ EDİLƏCƏKDİR
Noyabrın 25-də Yaponiyanın Bakıdakı səfirliyində Yaponiya hökumətinin “İnsan təhlükəsizliyi və ot kökləri” proqramı çərçivəsində növbəti qrant müqaviləsi imzalanmışdır. Bu münasibətlə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe Azərbaycanla Yaponiya arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı. Təhsil, habelə Gənclər, İdman və Turizm Nazirliklərinin nümayəndələri Yaponiya hökumətinin “İnsan təhlükəsizliyi və ot kökləri” qrant proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söz açdılar, bu yardıma görə Yaponiya hökumətinə minnətdarlıq ifadə etdilər.
Sonra qrant proqramı çərçivəsində müqavilə imzalandı. Qeyd olundu ki, 88 min ABŞ dolları dəyərində bu layihənin həyata keçirilməsi nəticəsində əsasən Yevlax şəhəri və ətraf rayonların idman obyektlərinin müvafiq avadanlıqla təchizatı yaxşılaşdırılacaqdır. İmzalanma mərasimində jurnalistləri maraqlandıran suallar cavablandırıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]