Qrenlandiyada 6 ton metan qazı çaylara qarışaraq dənizə tökülür
Bakı, 9 yanvar, AZƏRTAC
İngiltərənin Bristol Universitetinin tədqiqatçıları Danimarkanın muxtar mahalı olan Qrenlandiya adasında apardıqları araşdırmalar zamanı yayda buz örtüyünün əriməsi nəticəsində tonlarla metan qazının üzə çıxdığını aşkarlayıblar.
AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, dünyanın ən böyük adasında aparılan tədqiqatlar zamanı buz təbəqələri içərisində saxlanan 6 ton metan qazının buzlaqdan əriyib axan çaylara qarışdığı və onlarla birgə dənizə töküldüyü də məlum olub.
Metan qazının karbon dioksid ilə birgə atmosferdə istixana effekti yaratdığına diqqət çəkən araşdırmaçılar onun üzə çıxmasının havanın orta temperaturuna təsir edəcəyi barədə xəbərdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]