Qubada bayram yarmarkası açılıb
Quba, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada açılan bayram satış yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz satılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Meydanında təşkil olunan yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara müxtəlif çeşiddə məhsullar təqdim olunub.
Bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Pandemiya şərtlərinə uyğun təşkil olunan yarmarkada istehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər, eləcə də alıcılar razılıqlarını bildiriblər.