QUBADA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD EDİLMİŞDİR
Qubada Milli QHT-lərin Regional resurs və təlim mərkəzində Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə “Yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında səmərəli idarəçilik” mövzusunda tədbir keçirilmişdir. Tədbirə dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri qatılmışlar.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə iştirak edən müvəkkil Elmira Süleymanova dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, ölkəmizdə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunması prosesində dövlət qulluğunun mühüm əhəmiyyətini bildirmişdir. Müvəkkil müstəqil respublikamızın yüksəlişi, xalqımızın tərəqqisi, dövlətçiliyimizin daha da möhkəmlənməsi, demokratiyanın inkişafı, idarəetmənin təkmilləşməsi, insan və vətəndaşların hüquqlarının bərqərar olunmasında dövlət qulluqçularının səmərəli fəaliyyətindən danışmışdır.
Ombudsman səfər çərçivəsində vətəndaşların qəbulunu keçirmiş, onların ərizə və şikayətlərini araşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]