Qubada selin uçurduğu körpünün yerində yenisi inşa olunub
Quba, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada güclü sel nəticəsində uçulan Şabrançay üzərindəki körpü bərpa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çayqışlaq kəndində avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
Burada selin uçurduğu 12 metr uzunluğundakı körpünün yerində yenisi inşa olunub. İkiaşırımlı yeni körpü əvvəlkindən iki dəfə böyük (24 metr) və daha möhkəmdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı Yol İstismar idarəsi tərəfindən inşa olunan körpü vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]