QUBADLI RAYONU MƏKTƏBLİLƏRİNİN KOMANDASI “ŞAHİN” HƏRBİ İDMAN OYUNU ÜZRƏ ZONA YARIŞLARININ QALİBİ OLMUŞDUR
Sumqayıt, 18 aprel (AZƏRTAC). N saylı hərbi hissədə Sumqayıt İdman və Gənclər İdarəsinin təşkilati dəstəyi ilə “Şahin” hərbi idman oyunu üzrə ölkənin şimal regionu komandalarının birinciliyi keçirilmişdir. Yarışlarda Abşeron, Dəvəçi, Quba, Qubadlı, Qusar, Siyəzən, Xaçmaz, Xızı rayonlarının və Sumqayıtın məktəblilərindən ibarət komandalar iştirak edirdi.
Yarışlar başlanandan əvvəl iştirakçılar Azərbaycanın dövlət himnini oxumuş, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qubadlı rayonu məktəblilərinin komandası oyunun bütün 8 mərhələsini uğurla başa vuraraq qalib gəlmişdir. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Dəvəçi və Xızı rayonlarının komandaları tutmuşdur.
Qaliblərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilmişdir.
İlk iki yeri tutmuş komandalar “Şahin” oyunlarının C.Naxçıvanski adına hərbi liseydə keçiriləcək final mərhələsinə vəsiqə almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]