Qubadlı rayonunun Saray kəndi FOTO
Bakı, 25 fevral, AZƏRTAC
Qubadlı rayonunun Saray kəndi Dondarlı kənd inzibati ərazi dairəsində, Bərgüşad çayının sahilində yerləşir.
Saray kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Saray kəndinin görüntülərini təqdim edir.