Qubadlı rayonunun Seytas kəndi FOTO
Bakı, 7 mart, AZƏRTAC
Qubadlı rayonunun Seytas kəndi Göyərcik kənd inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir.
Seytas kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Kənd Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Seytas kəndinin görüntülərini təqdim edir.