Qubadlı rayonunun Tatar kəndi FOTO
Bakı, 12 mart, AZƏRTAC
Qubadlı rayonunun Tatar kəndi dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Tatar kəndi rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Tatar kəndinin görüntülərini təqdim edir.