Qubadlı rayonunun Teymur Müskənli kəndi FOTO
Bakı, 17 mart, AZƏRTAC
Qubadlı rayonunun Teymur Müskənli kəndi Səlk dağının ətəyində, Bərgüşad çayının sahilində yerləşir.
Kənd 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.
Teymur Müskənli kəndi rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Teymur Müskənli kəndinin görüntülərini təqdim edir.