Qubadlıdan olan şəhid ailələrinə Novruz sovqatı paylanılıb
Sumqayıt, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayondan olan Vətən müharibəsi şəhid ailələri ilə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəsmilərinin də iştirak etdiyi görüşlərdə şəhidlərin əziz xatirəsi yad olunub, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparılıb.
Daha sonra şəhid ailələrinə bayram sovqatları paylanılıb.