Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qüdrət Qurbanov: Gəmilərdə sosial izolyasiya tədbirlərinə ciddi nəzarət olunur

Qüdrət Qurbanov: Gəmilərdə sosial izolyasiya tədbirlərinə ciddi nəzarət olunur

Bakı, 25 iyun, AZƏRTAC

Xarici bayraq altında üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət edilir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun 25 iyun - “Dənizçi Günü” peşə bayramı ilə bağlı dənizçilərə ünvanladığı təbrik məktubunda deyilib.

“Əziz dənizçilər. Sizi peşə bayramınız münasibətilə təbrik edərək böyük inkişaf yolu keçən və bütün zamanlarda öz əhəmiyyətini qoruyub saxlayan Azərbaycanın dəniz nəqliyyatı tarixinə, Dövlət Dəniz Agentliyinin fəaliyyətinə nəzər salmaq istərdim. Vurğulamaq istərdim ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dəniz nəqliyyatının inkişaf prosesi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli və uğurlu dinamika ilə inkişaf edir.

Azərbaycanın dəniz nəqliyyatı sistemi Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Tarixi İpək Yolunun bərpası, bu sahənin inkişafı məqsədilə mühüm sazişlərin imzalanması, nəqliyyat sektorunda nəhəng layihələrin reallaşdırılması, dəniz nəqliyyatı sahəsinə irihəcmli investisiyaların cəlb edilməsi məhz ulu öndər Heydər Əliyevin böyük fədakarlığının nəticəsində mümkün olub.

Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılıb. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanılıb. Bu gün də qeyd edilən sahəyə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, “Ro-Ro” tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizin həqiqətən qüdrətli dəniz dövləti olmasını təsdiqləyir”.

Q.Qurbanov qeyd edib ki, dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından mühüm göstərici olan dəniz donanmasını təşkil edən gəmilərin orta yaş həddinin daha da azaldılması başlıca hədəf kimi müəyyən olunub, ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə donanmanın yenilənməsi və müasir tələblərə cavab verən yeni gəmilərin tikintisi daim diqqət mərkəzində saxlanılır, bu məsələyə tərəfimizdən xüsusi həssaslıqla yanaşılır.

Müstəqillik qazanıldıqdan sonra, xüsusən isə müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Azərbaycanda dəniz nəqliyyatı sahəsində aparılan siyasət, habelə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarət Dövlət Dəniz Agentliyi tərəfindən həyata keçirilir.

“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Agentliyin direktoru deyib ki, bu gün Dövlət Dəniz Agentliyi tərəfindən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Xüsusilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Belə ki, qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.

Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınır və xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilib.

Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupunun həyata keçirdiyi yoxlamanın nəticələrinə görə Azərbaycan bir sıra Avropa dövlətlərindən ön sırada yer tutdu. Bu hesabat Beynəlxalq Dəniz Təşkilatının Assambleyasında da səsləndirildi. Üzv dövlətlərə Azərbaycanın təcrübəsindən yararlanmaq tövsiyə olundu.

“Koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlər görülür. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atılır, nəticədə respublikada bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxşdir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından bu istiqamətdə mühüm addımlar atılıb.

Dövlət Dəniz Agentliyi yeni koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

Hazırda beynəlxalq səfərlər həyata keçirən, Azərbaycan bayrağı, eləcə də xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinin çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) müddəti müvafiq tələblərə riayət olunmaqla ilkin mərhələdə iyulun 1-dək, daha sonra isə oktyabrın 1-dək artırıldı”, - deyə Q.Qurbanov vurğulayıb.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) qeyd olunan məsələ ilə bağlı göstəriş və tövsiyələrinin Azərbaycanın dəniz nəqliyyatı sahəsində yerinə yetirilməsinə nəzarət olunması məqsədilə lazımi tədbirlər görülüb. BDT-nin qəbul etdiyi “Gəmilərdə COVID-19 hallarının və nəticələrinin idarə olunması üçün istismar mülahizələri”, “Dənizçilərinin sağlamlıqlarının qorunması məqsədilə gəmiçilik şirkətləri üçün Təlimat”ın nəzərə alınması məqsədilə gəmiçilik şirkətlərinə Dövlət Dəniz Agentliyi tərəfindən müvafiq tövsiyələr verilib.

Bununla yanaşı, agentliyin ən son texniki avadanlıqlarla təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən ərazi sularımızda istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin müşahidəsinin gücləndirilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

“Müstəqillik illərində Azərbaycanın dəniz nəqliyyatı sistemi Avropa və Asiya nəqliyyat sisteminə intensiv inteqrasiya edərək Avratlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan Azərbaycan dəniz nəqliyyatı infrastrukturunu möhkəmləndirməklə yanaşı, onun davamlı təkmilləşməsini, müasirləşməsini və modernləşməsini təmin edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın dəniz nəqliyyatı və tranzit potensialının artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verəcək.

Əziz dənizçilər! Sizi bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirəm”, - deyə Q.Qurbanov qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib