QURANIN ÖYRƏDİLMƏSİ ÜÇÜN AVROPA TƏŞKİLATI YARADILMIŞDIR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, Milanda İtaliya, Fransa, Belçika, İsveç, Avstriya, İsveçrə və Almaniyanın müsəlman təşkilatları nümayəndələrinin yığıncağı keçirilmişdir. Yığıncaqda Quranın öyrədilməsi üçün Avropa Təşkilatı yaradıldığı elan edilmişdir. Təşkilatın məqsədi Quranın təhriflərə yol vermədən düzgün öyrədilməsi və tələffüz edilməsi, əzbərlənməsi sahəsində müsəlman icmalarının səylərini birləşdirmək və əlaqələndirməkdir.
Yeni təşkilata yeddi nəfərdən ibarət şura başçılıq edəcəkdir. Qurani-Kərimin öyrədilməsi üzrə Beynəlxalq Təşkilatın baş katibi şeyx Abdulla Bisfir onun fəxri sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]