Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Qurbanov: Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik

Qurban Qurbanov: Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik

Bakı, 4 may, Nicat Məmmədov, AZƏRTAC

Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox sevincliyik.

AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında çempion olmaları barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: “İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır”.

O, futbolçularını qələbə münasibətilə təbrik edib: “Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik. Necə başladıqsa, eyni tempdə bitirdik. Bu mövsüm futbolçularımın inkişafına çox kömək etdi. Paltardəyişmə otağında bəzi futbolçuları ayrıca təbrik etdim. Onlar çempionluq yaşamamışdılar. Onların bu ada bizimlə yiyələnməsi məni çox sevindirdi. Azarkeşlərimizə, rəhbərliyə təşəkkür edirəm. Qarşıda xeyli oyunumuz var. Son 15 gündə ağır matçlar keçirdik. Bəzi oyunçularda yorğunluq hiss olunurdu. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. İstəkləri çox idi. Avrokuboklarda çıxış etmək istəyirlər. Hər bir halda uğur bizimlədir. Bütün “Qarabağ” camiəsini təbrik edirəm”.

Qurbanov Çempionlar Liqası ilə bağlı fikir bildirməyin tez olduğunu söyləyib: “Qarşıda kubokun finalı da var. Amma turnirə daha rahat hazırlaşa biləcəyik. Biz istənilən yarışda ən yaxşı nəticə qazanmağa çalışırıq”.

Baş məşqçi qarşıdakı matçlarda da eyni istək və motivasiya oynayacaqlarını vurğulayıb: "Son vaxtlar peşəkarlıqdan daha çox danışıram. Bu, bizim işimizdir. Bu gün çempion olmağımıza baxmayaraq, azarkeşlərimiz üçün oynamağa çalışmışıq. Biz yaxşı oynasaq, onlar stadiona daha çox gələcəklər. Məğlub ola bilərik, amma zəif oynaya bilmərik. Yorğun olduğumuz vaxtlar olur. Qarşıdakı matçlarda dəyişikliklər ola bilər. Amma bu, o demək deyil ki, qarşıdakı matçlarda zəif oynayacağıq".

Təcrübəli mütəxəssis cari mövsümün sonunda müqaviləsi başa çatacaq Patrik Andradenin məsələsinə də toxunub: “Vəziyyət olduğu kimi qalır. Danışıqlar davam edir. Xeyirlisi nədirsə, o da olacaq”.

Qurbanov deyib ki, bəzən uğur qazanandan sonra arxayınlıqlar olur: “Son 2 ildə gələcəyin komandasını qurmaq haqqında düşünürdük. Xarakterli futbolçuları saxlamaq, komandada olanları saxlamaq lazım gəlirdi. Ötən mövsüm çempion ola bilməməyimiz bizə bu kimi məsələlərə daha çox vaxt ayırmalı olduğumuzu öyrətdi. Məsələn, hücumçu 2-3 oyunda qol vurur, sonra düşünür ki, əsas heyət üzvüyəm, bir oyunda fərqlənməsəm də, olar. Öz futbolçularımı yaxşı tanıyıram. Hamısı məsuliyyətli oyunçulardır. Ötən mövsümün daha çox mənə faydası oldu. O qədər elementlər var ki, bəzən, çatdırmırsan. Futbol o səviyyəyə gəlib ki, bu gün autsayder yoxdur. Bu, mövsüm məğlubiyyətimiz "Səbail"ə qarşı görüşlərdə olub. Titulu əldən vermək böyük məğlubiyyət idi. Amma üzülməmişdim. Məsuliyyətlə çalışırıqsa, yenə də çempion olmamağımıza üzülmərəm".

O, "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan söz açıb: "Biz bəzən Rəşad Sadıqovla qarşı-qarşıya futbol oynayanda hər zaman aqressiv alınır. Bu dəfə də maraqlı olacaq. Rəşad həddindən artıq çox düşünən, ideyaları olan insandır. Onun komandasını analiz etmək üçün 3 gün vaxt ayırıram. Final oyununa çox var. Həvəslə oynayacağıq".

Qurbanov bu mövsüm komandanın heyətində heç bir futbolçunu fərqləndirmək istəmədiyini bildirib: “Onların nələr çəkdiyini bəlkə də bilmirsiniz. Bu gün kimisə fərqləndirmək mənə yaraşmaz. Hamısı sanki kasıb uşaqlar idi, varlanmaq istədilər. Təbii ki, bunu məcazi mənada deyirəm. Bu gün çempion olmuşuqsa, buna daha çox oyunçularıma görə sevinirəm. Məsələn, kadi Borges Portuqaliyanın aşağı liqasında sonuncu pillədə gedən komandadan gəlib. Hamısı güvəndiyim insanlar və futbolçulardır”.

Baş məşqçi matçdan sonra Andradenin qucaqlamasının səbəbini də açıqlayıb: “İlk çempionluğu idi, ona görə təbrik etdim. Psixoloji gərginliyi yoxdur. Meydanda ən istəkli futbolçulardan biridir. İlk sarı vərəqənin haqlı olub-olmadığını bilmirəm. Sonradan ikincini gördü və meydandan qovuldu. Üzgün idi”.

Sonra çıxış edən "Sabah" klubunun baş məşqçisi Murad Musayev bildirib: "Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər. Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi".

Onun sözlərinə görə, komandası ilk hissədə cəld oynamırdı: "Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır".

Musayev "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər".

Baş məşqçi "Qarabağ"ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: "Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".

Musayev "Mövsümün əvvəlində "Sabah"a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı" sualına bu cür cavab verib: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "3-lüy"ə düşmək olardı".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib