Qurban Qurbanov: Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik
Bakı, 15 mart, AZƏRTAC
Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib: "10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik".
Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]