QUŞ QRİPİ PANDEMİYASI BƏŞƏRİYYƏTƏ YÜZ MİLYARDLARLA DOLLARA BAŞA GƏLƏCƏK
Xanım Çen qeyd etmişdir ki, indi quşlardan insana keçən virus quşların vasitəçiliyi olmadan adamlar arasında yayılmaq imkanı alsa, Dünya Bankının hesablamalarına görə, dünya iqtisadiyyatının itkiləri pandemiyanın təkcə birinci ilində 800 milyard dollara çatacaqdır.
DST rəsmisi bütün ölkələrin hökumətlərini quş qripi probleminə ciddi diqqət yetirməyin vacibliyinə inandırmağın zəruriliyini vurğulamışdır, çünki hazırda heç bir insanın bu xəstəliyə qarşı immuniteti yoxdur. Odur ki, pandemiya təqdirində heç bir ölkə bu bəladan kənarda qala bilməyəcəkdir.
DST baş katibinin assistenti xatırlatmışdır ki, indiyədək quş qripi epidemiyası 50 ölkədə bu və ya digər dərəcədə baş vermiş, onların 10-da virusun quşlardan insana keçməsi halları qeydə alınmışdır. 2003-cü ildən bəri bu xəstəlikdən 200-dən çox adam ölmüşdür.