“QUŞ QRİPİ”NƏ QARŞI NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİR
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq qrupu, əvvəllər olduğu kimi, quşları seçmə üsulu ilə ovlayacaq, qan və cəsədləri müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edəcəkdir.
Xatırladaq ki, indiyədək aparılmış monitorinqlərin nəticələrinə görə, ölkəmizdə bu virusun daşıyıcısı olan quşlara təsadüf edilməmişdir.
Monitorinqlər köçəri quşlar Azərbaycan Respublikasının ərazisini tərk edənədək müntəzəm olaraq aparılacaqdır.
Sərhədlərdə baytarlıq nəzarət məntəqələri ciddi rejimdə işləməkdə davam edir, xəstəlik aşkarlanan ölkələrdən quş əti məhsulları, yem, yem əlavələri və digər heyvan mənşəli məhsulların gətirilməsinə, köçəri quşların ovlanmasına, satılmasına və onlardan qida məhsulu kimi istifadə edilməsinə qoyulmuş qadağa qüvvədə qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]