Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi üzrə tədqiqat aparılıb

Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi üzrə tədqiqat aparılıb

Bakı, 15 aprel, AZƏRTAC

Böyük Qafqazın şimal-şərq yamacında yerləşən Qusar-Qonaqkənd kadastr rayonu Qusar, Quba, Şabran, Xızı və Siyəzən inzibati rayonlarının bütün alçaq, orta və qismən yüksək dağlıq hissələri daxil olmaqla 453 min 932 hektar ərazini əhatə edir ki, bu da ölkə ərazisinin 5,24 faizini təşkil edir. Kadastr rayonunun bütövlükdə daxil olduğu Böyük Qafqazın şimal-şərq yamacı ərazisinin relyefi və geomorfologiyası alimlərimiz tərəfindən tədqiq edilib.

Kadastr rayonu ərazisində ən çox yayılmış əsas landşaft formaları güclü parçalanmış düzən ərazilərdə meşə və meşə-çöl, orta parçalanmış düzənliklərdə çöl və quru çöl, orta dağlıq ərazilərdə isə enliyarpaqlı meşə, həmçinin meşə altından çıxmış bozqırlaşmış landşaftlar hesab edilir.

Tədqiq etdiyimiz ərazinin torpaqlarının ekoloji qiymətləndirilməsi və mühafizəsi üzrə aparılan tədqiqat işi bir neçə mərhələdə həyata keçirilib. İlk növbədə, kadastr rayonuna daxil olan inzibati rayonların təbii ekoloji şəraitinin göstəricilərinə dair məlumatlar toplanılıb, sistemləşdirilib və təhlil edilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Coğrafi ekologiya kafedrasının doktorantı Sənəm İsayeva məlumat verib. S.İsayeva bildirib ki, növbəti mərhələdə çöl-torpaq tədqiqatları aparılıb və torpaq kəsimləri qoyulub. Götürülmüş torpaq kəsimi nümunələrinin fiziki-kimyəvi analizi qəbul edilmiş metodlar əsasında aparılıb. Ərazinin təbii-ekoloji şəraitinin rəngarəngliyi torpaq örtüyünün genetik cəhətdən formalaşmasında və coğrafi müstəvidə yayılmasında müxtəlifliyə səbəb olub. 1:00000 miqyaslı “Azərbaycanın torpaq xəritəsi”, “Böyük Qafqazın şimal-şərq yamacının torpaq xəritəsi” və şəxsi çöl-torpaq və laboratoriya tədqiqatlarının nəticələri əsasında kadastr rayonunun 1:100000 miqyaslı torpaq xəritə-sxemi hazırlanıb. Kadastr rayonu ərazisində apardığımız tədqiqatlara əsasən ərazidə əsas torpaqlar dağ-qəhvəyi torpaqlardır, sahəsi 146 min 824 hektar ərazini əhatə edir.

Kadastr rayonu ərazisində yayılmış torpaqların keyfiyyətcə qiymətləndirilməsi işləri aparılarkən toplanmış torpaq məlumatlarının riyazi statistik təhlili aparılıb. Sonrakı mərhələdə torpaqların bonitirovkası aparılaraq əsas bonitet şkalası qurulub. Bonitet şkalasına əsasən kadastr rayonu ərazisində çimli-torflu dağ-çəmən (93) və çimli-karbonatlı dağ-meşə (91) torpaqların yüksək münbitliyə, ibtidai dağ-çəmən (52) və açıq dağ-boz qəhvəyi (şabalıdı) (58) torpaqların aşağı münbitliyə malik olduğu müəyyən edilib. Tədqiq edilən ərazidə təshih əmsalları tətbiq etməklə yayılmış torpaq növmüxtəlifliklərinin yekun bonitet ballarını müəyyən etmək üçün açıq və yekun bonitet şkalaları tərtib edilib. Tədqiqat ərazisi torpaqlarının bonitet balının 77 olduğu müəyyən edilib. Bonitrovka işlərinin yekunu olaraq “Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının bonitet kartoqramı” (1:100000 M) tərtib edilib. Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının tərtib olunmuş açıq bonitet şkalası əsasında torpaqların meşə və aqroistehsalat qruplaşması aparılaraq qruplar üzrə bonitet balları və sahələri müəyyənləşdirilib.

“Qusar-Qonaqkənd kadastr rayonu torpaqlarının ekoloji qiymətləndirilməsi ekoloji şəraitin qiymətləndirmə şkalalarını tətbiq etməklə aparılıb. Bunun uçun kadastr rayonu torpaqlarının ayrı-ayrı əlamətlərin təzahür dərəcələrinin yay otlaqları, mezofit meşələr, çoxillik əkmələr, taxıl və tərəvəz bitkilərinin ekoloji tələbinə uyğunluğuna görə xüsusi qiymətləndirmə şkalaları hazırlanıb. Torpaqların münbitliyinə təsir göstərən əsas məhdudlaşdırıcı amillər müəyyən edilərək torpaq yarımtiplərinin ekoloji balları hesablanıb”, - deyə S.İsayeva bildirib.

O qeyd edib ki, kadastr rayonu torpaqlarına antropogen təsirlərin növləri (eroziya proseslərinin inkişafı, meşə ehtiyatlarının azalması, torpaq münbitliyinin azalması və s.) araşdırılıb. Bu araşdırmaya əsasən müəyyən edilib ki, kadastr rayonu torpaqlarının 56,1 faizi müxtəlif dərəcədə eroziyaya uğrayıb, dağ boz-qəhvəyi (şabalıdı) torpaqların 24,6 faizi şorakətləşməyə məruz qalıb. Tədqiqat işinin yekunu olaraq Qusar-Qonaqkənd kadastr rayonunda torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və mühafizəsinin əsas istiqamətləri müəyyən edilib, müvafiq tədbirlər sistemi (eroziya əleyhinə tədbirlərin həyata keçirilməsi, meşələrin qorunması və artırılması, kənd təsərrüfatı yerlərindən istifadənin təkmilləşdirilməsi, tarlaqoruyucu meşə zolaqlarının salınması və s.) işlənib hazırlanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Ağdamda ildırım düşməsi nəticəsində yanğın baş verib

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır