Qusara gələn əcnəbi turistlərin sayı xeyli artmışdır
Qusar, 15 noyabr (AZƏRTAC). Cari ilin yay mövsümündə Qusar rayonuna gələn turistlərin sayında artım müşahidə olunmuşdur.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yay mövsümü ərzində rayona 20 minə yaxın turist gəlmişdir. Bu da ötən illərin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Turistlər daha çox Şahdağ Qış-Yay Turizm Kompleksində istirahət etməyə maraq göstərmişlər.
Rayona istirahətə gəlmiş qonaqların arasında əcnəbilərin sayı da artmışdır. Xarici turistlər arasında Rusiya, Ukrayna və Türkiyədən gələnlər üstünlük təşkil etmişdir.
Qusarda kənd turizmindən yararlananların sayında da artım olmuşdur.
İndi Şahdağ Qış-Yay Turizm Kompleksində qış mövsümünə ciddi hazırlıq işləri gedir. Mövsümün açılışında istirahət mərkəzində 3 yeni otelin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]