“Rabitəbank”ın xidmətlərindən “E-Pul” vasitəsilə yararlanmaq mümkündür
Bakı, 23 yanvar, AZƏRTAC
Yerli elektron ödəniş sisteminə “Rabitəbank”ın iki xidməti artırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “artıq bankın “Kredit ödəmə” və “Depozit hesabın doldurması” xidmətlərindən “E-Pul” vasitəsilə yararlanmaq mümkündür.
“www.e-pul.az” internet ünvanında fəaliyyət göstərən “E-Pul”un əsas funksiyası müxtəlif xidmət haqlarının - bank və kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə aparılmasını təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]