RABİTƏÇİLƏR SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR
Mərasimlərdə bəşər tarixində misli görünməmiş bu qətliamın şahidi olanlar öz xatirələrini, orta nəslin nümayəndələri isə qanlı faciə barədə ata–babalarından eşitdiklərini ürəkağrısı ilə danışmışlar. Çıxışlarda vurğulanmışdır ki, özlərini məzlum xalq kimi tanıtmaq və çirkin məqsədlərinə çatmaq üçün cilddən-cildə girən ermənilərin iki əsr ərzində törətdikləri qanlı faciələri xalqımız heç vaxt unutmamalı və tarixin acı dərslərindən nəticə çıxarmalıdır. Tədbirlərdə, həmçinin azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmalarını dünya ictimaiyyətinə çatdırmaq üçün real iş görməyin vacibliyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]