İDMAN
Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Bakı, 14 fevral, AZƏRTAC
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində çıxış edən Rafael Ağayev (75 kq) finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız əvvəlcə İvan Martinaçı (Xorvatiya) məğlub edib. Ruslans Sadıkovs (Latviya) və Erman Eltemur (Türkiyə) ilə görüşlərdən də qalib ayrılan R.Ağayev yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə İran təmsilçisi Bəhmən Əsgərini məğlub edən idmançımız finala yüksəlib. O, finalda Luici Busa (İtaliya) ilə mübarizə aparacaq.
Daha bir idmançımız Rafiz Həsənov (67 kq) bürünc medal uğrunda döyüşəcək. Üçüncü yer uğrunda idmançımız Burak Uyğur (Türkiyə) ilə üz-üzə gələcək.
Medal döyüşləri və mükafatlandırma mərasimi fevralın 16-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]