REGİONAL QADIN REABİLİTASİYA MƏRKƏZİ YARADILMIŞDIR
AZƏRTAC-ın bölgə müxbirinin aldığı xəbərə görə, Anaların və uşaqların inkişafı ictimai birliyi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə Gəncədə regional qadın reabilitasiya mərkəzi yaratmışdır. Bu münasibətlə keçirilən konfransda müxtəlif qadın təşkilatlarının, yerli özünüidarə orqanları nümayəndələrinin arzu və təklifləri dinlənilmiş, mərkəzin səmərəli fəaliyyəti üçün perspektiv iş planı təsdiq edilmişdir.