REGİONLARDA İŞ NAZİRLİYİN FƏALİYYƏTİNİN ÖNCÜL İSTİQAMƏTİDİR
Bunu gənclər və idman naziri Azad Rəhimov görüşdə bildirmişdir. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak etmişdir. A.Rəhimov nazirlikdə aparılmış struktur dəyişikliklərindən danışaraq demişdir ki, yeni şöbələrin, o cümlədən futbolun inkşafı, dopinqə qarşı tədbirlər, tələbələrlə iş üzrə şöbələrin yaradılması nəzərdə tutulmuşdur. Nazirliyin planında yeni olimpiya komplekslərinin inşası, idman qurğularında və mərkəzlərində təmir işlərinin aparılması da var.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iki yeni nazirlik arasında sıx əməkdaşlığın zəruriliyindən danışaraq bildirmişdir ki, qarşılıqlı maraq və səy tələb edən müxtəlif məsələlər arasında yaradıcı gənclərin problemlərinə və ölkədə idman turizminin inkişafına xüsusi diqqət yetirilməlidir.
Azad Rəhimov Gənclər, İdman və Turizm Nazirliyinə uğurla rəhbərlik etdiyinə görə həmkarına təşəkkür etmiş və yeni vəzifəsində ona müvəffəqiyyətlər arzulamışdır.