Rəqəmsal UNEC-in “EduMan” sistemində hansı modullar tətbiq olunur?
Bakı, 24 yanvar AZƏRTAC
“Rəqəmsal UNEC-in “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ndə (LMS) “Test imtahanlarının təşkili modulu”, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunu təmin edən “Əlavə təhsil elektron idarəetmə modulu”, “İkinci ali təhsil elektron idarəetmə modulu”, “Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu” tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə UNEC-in rektoru professor Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşıb.
“EduMan” sistemində bütün müəllim, əməkdaş və tələbələrin elektron məlumat bazası və tələbələrin fənn üzrə qrupları yaradılıb. Eyni zamanda, dərs cədvəlləri, tədris planları, tədris materialları, cari və aralıq qiymətləndirmə nəticələri, apellyasiya müraciətləri, sənəd qəbulu və təqaüdlərin hesablanması elektronlaşdırılıb”, - deyə rektor bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]