Rəşad Rəsullu: Dünya çempionatında əldə olunan nəticə bizi qane etmədi
Bakı, 18 may, AZƏRTAC
Dünya çempionatında əldə olunan nəticə bizi qane etmədi. İdmançılarımızın potensialından çıxış edərək yüksək nəticələrin olacağına inanırdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu mayın 18-də jurnalistlərlə görüşündə deyib.
Baş katib bildirib ki, dünya çempionatında 4 qadın cüdoçumuz iştirak etmişdi. Biz kişi yığma komandasına olduğu kimi, qadınlardan ibarət yığmamıza da diqqət və qayğı ilə yanaşırıq. Əminik ki, qadınlardan ibarət yığmamız gələcəkdə çox yaxşı nəticələr əldə edəcək.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını Azərbaycan millisi bir medalla başa vurub. Zelim Kotsoyev (100 kq) komandamıza bürünc medal qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]