Rəsmi Seul Koreya yarımadasında sülh üçün Rusiyanın fəal dəstəyinə ümid edir
Pekin, 29 mart, AZƏRTAC
Rəsmi Seul Koreya yarımadasının nüvə silahsızlaşdırılmasına nail olmaq üçün Rusiyanın fəal dəstəyini və əməkdaşlığını istəyir.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın müdafiə nazirinin müavini Park Ce-min rusiyalı həmkarı Aleksandr Fominlə martın 29-da Seulda keçirdiyi görüşdə belə bir çağırış edib. O, Koreya Xalq Demokratik Respublikasının (KXDR) bir neçə gün əvvəl 2 ballistik raket sınağı keçirməsindən narahatlığını ifadə edərək, həmin raket buraxılışlarını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması kimi qiymətləndirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Rusiya rəsmisi görüşdə ölkəsinin Koreya yarımadasında sülh prosesini dəstəklədiyini, yarımadada sülhün təminatı üçün rəsmi Moskvanın diplomatik səylərini davam etdirəcəyini bildirib.
Tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, mütəmadi məsləhətləşmələrin və mübadilələrin artırılmasına dair razılaşma imzalayıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]