RESPUBLİKA BANKI MÜŞTƏRİLƏRƏ YOL ÇEKLƏRİ ÜZRƏ XİDMƏTLƏR TƏKLİF EDİR
Bu yol çekləri American Exspress beynəlxalq şirkətinin satış zamanı üzərində imzası olan çek sahibi qarşısında göstərilən məbləğdə pul öhdəliyini təsdiq edən ödəniş sənədidir.
Çeklər əsasında nağd pulu təkcə American Exspress şirkətinin nümayəndəliklərində deyil, dünyanın bir çox ölkələrinin maliyyə və kredit müəssisələrində almaq, habelə hotel, mağaza və restoranlarda mal və xidmətlərin haqqını ödəmək mümkündür.
American Express çekləri müddətsizdir. Onların satışı çekin dəyərinin 0,5 faiz, alışı isə 1,5 faiz komissiyası ilə həyata keçirilir. Yol çeklərini Respublika bankının baş ofisində və filiallarında satmaq, almaq və inkassoya qəbul etmək olar.