Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Beynəlxalq Yoqa Günü münasibətilə iyunun 2-də Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Klassik Yoqa Məktəbi və Azərbaycan Velosiped Federasiyasının (AVF) dəstəyi ilə baş tutacaq kütləvi idman tədbiri saat 08:00-da başlayacaq.
Açıq dərsə Klassik Yoqa Məktəbinin müəllimi, tanınmış yoqa mütəxəssisi Elçin Quliyev rəhbərlik edəcək.
Dərsdən sonra bədii hissə başlayacaq və qonaqlara vegetarian yeməkləri təqdim ediləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]