CƏMİYYƏT
RESPUBLİKANIN ÇAYLARINDA SUYUN SƏVİYYƏSİNDƏ AZALMA MÜŞAHİDƏ OLUNUR
Bakı, 18 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın Kür, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyəti açıqlamışdır.
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 358 santimetr, su sərfi 495 kubmetr/saniyə (səviyyə 18 santimetr artmışdır), Yevlax məntəqəsində səviyyə 350 santimetr, su sərfi 600 kubmetr/saniyə (səviyyə 31 santimetr azalmışdır), Zərdab məntəqəsində səviyyə 748 santimetr, su sərfi 854 kubmetr/saniyə, (səviyyə 7 santimetr azalmışdır), Surra məntəqəsində səviyyə 840 santimetr, su sərfi 1283 kubmetr/saniyə (səviyyə 4 santimetr azalmışdır), Şirvan məntəqəsində səviyyə 760 santimetr (səviyyə 6 santimetr azalmışdır), Salyan məntəqəsində səviyyə 749 santimetr, su sərfi 1242 kubmetr/saniyə (səviyyə 3 santimetr azalmışdır), Bankə məntəqəsində səviyyə 435 santimetr (səviyyə 3 santimetr azalmışdır) təşkil edir.
Araz çayının Novruzlu məntəqəsində səviyyə 588 santimetr, su sərfi 471 kubmetr/saniyə təşkil edir (səviyyə 5 santimetr azalmışdır).
Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 646 santimetr, su sərfi 108 kubmetr/saniyə təşkil edir (səviyyə 3 santimetr artmışdır).