Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət məlum olub
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, sentyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 27 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 4, Şirvanda 2 santimetr azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 285, Şirvanda 123, Salyanda 68, Bankədə 193, Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetr təşkil edir.