RESPUBLİKANIN QAZ TƏSƏRRÜFATI SİSTEMİNDƏ YENİDƏNQURMA VƏ BƏRPA İŞLƏRİ APARILIR
“Azəriqaznəql” İstehsalat Birliyinin tikinti və inkişaf şöbəsinin müdiri Teymur Cəfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda Qaradağ qaz anbarına 3 kilometr uzunluğunda 700 millimetr diametrlik qaz kəməri qolunun tikintisi davam edir. Onun sözlərinə görə, 8-ci mədənin ərazisindəki qazpaylayıcı stansiyanın (QPS) mühafizə zonasında və ona istiqamətlənən qaz kəməri qolunun üzərində qeyri-qanuni tikililərin və yaşayış binalarının inşası ilə əlaqədar Qurd qapısı ərazisində yeni qaztənzimləyici məntəqə inşa edilmiş və buraya istqamətlənən 500-700 millimetr diametrlik 2,4 kilometr uzunluğunda yeni kəmərin də inşası başa çatmışdır.
Əli Bayramlı şəhərini və buradakı DRES-i təbii qazla daha sabit və təhlükəsiz təmin etmək məqsədi ilə Əli Bayramlı QPS tamamilə yenidən qurulmuşdur. Bu obyektdə indi qaz kommunikasiyaları quraşdırılır, həmçinin abadlaşdırma işləri görülür.
Bu ilin payızında gün ərzində “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılacaq 9,5 milyon kubmetr ilkin qazın qəbulu üçün Səngəçal baş qaz qurğusunda da yeni qaztənzimləyici məntəqənin inşasına hazırlıq işləri görülür. Abşeron rayonundakı ən iri Digah QPS-də isə yenidənqurma işləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]