Rezidenturaya qəbul olunmaq istəyənlər üçün sınaq imtahanları keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün online sınaq imtahanları keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə keçirilən imtahan namizədlərin daha səmərəli hazırlaşmalarına kömək məqsədilə təşkil olunub.
Sınaq imtahanları DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanındakı binasında kompüter vasitəsilə elektron formatda keçirilib. Birinci növbə üzrə imtahan saat 10:00-da, ikinci növbə üzrə isə saat 14:00-da başlanıb.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]
Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [13:08]
Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]