RF XİN İrəvanda nasist yürüşünü şərh edib
Moskva, 12 yanvar, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın mərkəzində nasist simvolikası ilə keçirilən yürüşü şərh edib.
AZƏRTAC xəbər verir ki, M.Zaxarova Moskvada brifinqdə deyib: “İrəvanın mərkəzində yanvarın 1-də özünü faşist kimi aparan hiyləgər qrupun yürüşünü böyük narahatlıqla qarşıladıq. Əlbəttə, biz təəccübləndik ki, KİV-lərin qarşısında kameraya əl ilə nasist salamı verməklə öz oriyentasiyalarını nümayiş etdirən toplanış iştirakçılarına Ermənistanın asayiş keşikçiləri heç cür mane olmadılar. Ermənistanın hakimiyyət orqanlarının və insan hüquqlarının müdafiəsi strukturlarının lazımi reaksiyasının olmaması təəssüf doğurur”.
O, nasizmin hər hansı təzahürünün kökündən kəsilməsinin mühümlüyünü vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]