RİİB sahibkarları və beynəlxalq təşkilatları zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə əməkdaşlığa dəvət edir
Bakı, 30 mart, AZƏRTAC
Fevralın 5-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ nəticəsində onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, müxtəlif obyektlərə ciddi ziyan dəyib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi və Sərəncamı ilə zəlzələnin fəsadlarının, o cümlədən fərdi yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatı olaraq “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri də ilk gündən hadisə yerində əhaliyə yaxından kömək göstəriblər. Hazırda zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi sahibkarlıq subyektlərini, beynəlxalq və donor təşkilatları, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərini də əməkdaşlığa dəvət edir. Bu məqsədlə “Regional İnkişaf” İctimai Birliyinin xüsusi bank hesabı açılıb.
BANKIN REKVİZİTLƏRİ
REGİONAL İNKİŞAF İB
Ünvan: AVE. NOBEL 15 BLOCK 1212 KHATAI BAKU AZERBAIJAN
VÖEN: 2003724231
Valyuta: AZN
Hesab nömrəsi: AZ55PAHA40090AZNHC0200021511
İdentifikasiya nömrəsi: 00021511
PAŞA Bank Açıq Səhmdar Cəmiyyəti
Bakı şəhəri, (AZ 1005), Yusif Məmmədəliyev küçəsi, 13
Tel.: (+994 12) 496 50 00
Faks: (+994 12) 496 50 10
Kod: 505141
VÖEN: 1700767721
S.W.I.F.T BİK: PAHAAZ22
Müxbir hesab: AZ82NABZ01350100000000071944