Robert Fitso: Avropa Komissiyası “Drujba” kəməri üçün Ukraynaya təzyiq etməyə başlayıb
Bakı, 4 mart, AZƏRTAC
Avropa Komissiyası Slovakiya və Macarıstanın “Drujba” kəməri vasitəsilə neft tədarükünü bərpa etmək istəyində haqlı olduğunu etiraf edib və bu məsələ ilə bağlı Ukraynaya təzyiq göstərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso bu barədə jurnalistlərə deyib. “Brüsseldə hər kəs Slovakiya və Macarıstanın haqlı olduğunu başa düşüb, çünki “Drujba” kəməri Avropa İttifaqını neftlə təmin etməyin yeganə yoludur. Qətərin maye qaz tədarükünü dayandırması və Hörmüz boğazında təhlükəsizlik risklərinin artması hamını “Drujba” boru kəmərinə ümidlə baxmağa vadar edib. Hazırda Avropa Komissiyasının Ukraynaya təzyiqinin şahidi oluruq”, - deyə Baş nazir bildirib.
Robert Fitsonun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “Drujba” boru kəməri vasitəsilə neft tədarükünün bərpası üçün Volodimir Zelenski ilə danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]