Rumıniya Fransadan 600 milyon avro dəyərində “Mistral” zenit raketləri alacaq
Paris, 31 oktyabr, AZƏRTAC
Rumıniya Fransadan “Mistral 3” tipli yer-hava raket sistemləri alacaq. Müqavilənin bu ilin sonunadək imzalanacağı və təxminən 600 milyon avro dəyərində olacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, Fransa Müdafiə Nazirliyi xəbəri təsdiqləyib. Müqavilə Fransanın rəhbərlik etdiyi Avropa Birgə Silah Təchizatı Təşəbbüsü (IECA) çərçivəsində həyata keçiriləcək.
Fransanın müdafiə naziri Katrin Votren Rumıniyanın mərkəzində yerləşən Sibiu şəhərinə səfər edib. O, burada yerləşən Fransa qoşunlarının hərbçiləri ilə görüşüb və Rumıniyanın müdafiəsinə Fransa tərəfindən davamlı və konkret dəstək veriləcəyini vurğulayıb.
Hazırda Rumıniyada 1 500-dən çox Fransa hərbçisi xidmət edir. Onlar həm Rumıniyanın müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də NATO çərçivəsində kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə yerləşdirilib.
“Mistral 3” zenit raket sistemi hava hücumlarından müdafiə, dronlara və aşağı hündürlükdə uçan hədəflərə qarşı effektiv müdafiə imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]