RUMINİYA XƏZƏR HÖVZƏSİ EHTİYATLARININ DÜNYA BAZARLARINA ÇATDIRILMASINDA AVROPAYA QAPI OLMAQ İSTƏYİR
Trayan Besesku Rumıniyanın Qara dəniz sahilindəki Konstanta terminalından İtaliyanın Triest şəhərinə gedəcək Pan-Avropa neft kəmərini və Türkiyədən Avstriyaya çatacaq “Nabukko” qaz kəməri layihələrini dəstəklədiyini söyləmişdir. Bu layihələr Qərbin enerji təhlükəsizliyini artırmaqla yanaşı, Bosfor boğazında nəqliyyat səxlığını və qəza ehtimallarını da azaldacaqdır.
ABŞ Rumıniyanın bu enerji təşəbbüsünü dəstəkləyir. Dövlət Katibinin Şərqi və Mərkəzi Asiya məsələləri üzrə müavini Stiven Mənn AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Xəzər dənizinin şimal və cənub hissəsinin təbii ehtiyatlarını dünya bazarlarına çatdırmaq üçün tezliklə əlavə nəqliyyat marşrutlarına ehtiyac olacaqdır. Bu baxımdan Rumıniya dövləti başçısının bu məsələdə birbaşa marağını görmək Birləşmiş Ştatları sevindirir. Konkret hansı marşrutun seçilməsinə gəldikdə isə bunu bazar özü müəyyənləşdirməlidir.